top of page

AŞPA Səməd Seyidova qarşı sanksiya tətbiq edib-Təfərrüat


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov və 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.

Azadpress.az, sanksiya Səməd Seyidovdan başqa Sezar Florina Predaya, Pedro Aqramunta və Cordi Xuclıya və Stefan Şennaxda toxunub.

Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Aryevin “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində qeyd etdiyi kimi, bu qərar AŞPA-dakı ölkələrin nümayəndəliklərinə şamil edilmir.

Sanksiyalar Pedro Aqramunta müşahidə missiyalarında iştirak etməyi və 10 il ərzində məruzəçi vəzifəsini tutmağı qadağan edir. Analoji qadağa Seyidov, Preda və Xuclı barəsində 2 il müddətinə tətbiq olunacaq.

Onu da qeyd edək ki, Komitənin qərarı son hədd deyil və mayın 16-da rəsmi informasiyanın yayılacağı gözlənilir.

Xatırladaq ki, bi ilin aprelin 22-də AŞPA bürosu “hesabatda” adları qeyd edilən deputatıların assambleyada işini dayandırması istəyib.

Azərbaycanın AŞPA-da daimi nümayəndəsi Səməd Seyidov ittihamlara cavab olaraq bildirib ki, bu, Azərbaycana qarşı qarayaxmadır:

“Biz təşkilata qanunun aliliyi üçün gəlmişik. Lakin burada beynəlxalq hüququn yeni təfsirini görürük. Adım korrupsiyaçıların siyahısında hallanıb. Lakin araşdırma korrupsiyaya qarşı heç bir əlaqəm olmadığını göstərdi. Adımın bu cür siyahıda olmasını anlamıram. Bu, ədalətsizlikdir. Sona qədərə mübarizə aparacağıq və qələbə qazanacağıq. Bir il öncə dedim ki, bu, bizim Avropa Şurasıdır. İndi isə deyirəm ki, bu, sizin Avropa Şurasıdır. Bu cür Avropa Şurasında işləmək istəmirəm”.

AŞPA-da Azərbaycan Nümayəndəliyinin üzvü Sevinc Fətəliyeva da hesabatla bağlı kəskin çıxış edib:

“Hesabatda məntiqi və ciddi yanaşmanın olmaması ölkəmə bəhtan atmaq, təşkilatdakı gündəmdən uzaqlaşdırmaq təəssüratı yaradır”.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page