top of page

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi filmə çəkilir


Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rısulazadə "Sonuncu iclas" filminə çəkilir.

Azadpress.az xəbər verir ki,Bakı Media Mərkəzinin çəkdiyi film sənədli-bədii üslubda hazırlanır.

Filmin adını da ehtiva edən əsas səhnə yəni son iclas AXC Parlamentinin məhz son iclasının keçirildiyi – İndiki Əlyazmalar İnstitunun yerləşdiyi binada çəkilir. Çəkilişlər paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yanaşdığı ərazilərdə lentə alınır.

Filmin texniki, eləcə də yaradıcı heyəti yerli mütəxəsislər, peşəkar aktyorlardır. Filmin ssenarisi bugünədə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Rejissoru Fuad Əlişov, quruluşcu operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənlidir.

“Sonuncu İclas” filmi 28 may Respublika günü ərəfəsində ictimaiyyətə təqdim olunacaq.

"Sonuncu iclas" filmində baş rollardan birini - Məhəmməd Əmin Rəsulzadə obrazını onun nəvəsi Rais Rəsulzadə canlandırır.Azadpress.az


bottom of page