Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiy erməniləri sadəlöv kütlə adlandırıb.
Azadpress.az xəbər verir ki, Jirinovskiy "Voskresnıy veçer s Vladimirım Solovyevım" verilişində çıxış edərkən Ermənistanda baş verən hadisələrə də toxunub. Jirinovski hakimiyyətə qarşı etiraza çıxanlara ironoya edib. Erməniləri səs-küy eləməyi və havayı yeyib-içməyi sevən kütlə adlandırıb. O deyib:
"Təəssüf ki,İnsanlar səs-küy eləməyi sevirlər.Məsələn,İrəvan.Elə bilirsiz ki,orda küçəyə çıxanlar Sarkisyana,korrupsiyaya qarşı çıxıb? Onların doxsan faizi maraqdan çıxıblar.Səs-küy edirlər,hərəkəti dayandırırlar və biz xalqıq,biz hakimiyyətik deyirlər.Nə istəsən edərlər.Sabah onlara başqa bir fikir ver,de ki,Sarkisyanı qaytaraq.Deyəcəklər, hə,Sarkisyanı qaytaraq.Qarabağ desən,deyəcəklər,bizə Qarabağ bizimdir.Yəni,insanıarın əksəriyyəti tamaşa istəyir.Onlara toy,havayı yeyib-içmək lazımdır"
Azadpress.az