top of page

"Diasporamız param-parça olub"-Cavad Derəxti


Təəssüflər olsun ki, son illərdə diasporamız param-parça olub. Bu diasporanı bir araya toplamaq hazırda bir az çətin görünür. Azadpress.az xəbər verir ki, Avrasiya.net-ə açıqlamasında Azərbaycan diasporunun tanınmış nümayəndəsi, Dünya Azərbaycanlıları Konqresinin sabiq sədri, Dünya Azərbaycanlılarının Milli Birliyi təşkilatının rəhbəri, Güney Azərbaycan əsilli soydaşımız Cavad Derəxti belə deyib. Onun fikrincə, diasporamızın bu günə düşməsində həm komitə, həm də özümüz günahkarıq:

“Diasporamız 50 milyonluq Azərbaycanı təmsil edir. Onun hakimiyyəti müxalifəti, quzeylisi, güneylisi olmaz.Təssüflər olsun ki, son illərdə diasporamız param-parça olub. Bu diasporanı bir araya toplamaq hazırda bir az çətin görünür. Quzeyli qardaşlarımızın bir bölumu komitə ilə əməkdaşlıq edənlərə iqtidar yanlışı adlandiraraq onları özlərinə müxalif kimi görurlər ki, bu da diaspora birliyinə böyuk zərər verir. Komitə isə Guneydən olanların bir çoxuna iranlı kimi baxır və onlar ilə əməkdaşlıq etmir. Halbuki Amerika və Avropada olan əksəriyyət bu kəsimdir ki, uzun illərdir özlərinə vətən ediblər. Bunlarıin bir çoxu yaşadıqları ölkələrdə böyük nailiyyətlər əldə ediblər. Təəssüf ki, Azərbaycanın bunlardan çox az xəbəri var".

C. Derəxti onu da vurğulayıb ki, Azərbaycan diasporası təkcə Avropada yox, elə qonşu ölkələrdə də parçalanıb:

"Mən Rusiyaya ara-sıra gedib-gəlirəm. Gürcüstana da yenicə getmişdim. Orada vəziyyət Avropadan da pisdir. Bunuda deyim ki, hər şeyi komitədən gözləmək lazım deyil. Bizim xaricdə elə ağasaqqallarımız var ki, əgər onları qabağa versək bir cox problemlər öz həllini tapar".Azadpress.az


bottom of page