top of page

"Ermənilərə imkan versələr,Azərbaycanla sülhə razı olarlar"


Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistandakı hadisələrlə bağlı fikir bildirərkən belə deyib.

Azadpress.az xəbər verir ki, Sarkisyanın istefasının Dağlıq Qarabağ məsələsinin həllinə necə təsir edəcəyi sualına belə cavab verib:

"Heç də güman etmək lazım deyil ki, Ermənistan bundan sonra öz siyasətini davam etdirəcək və İrəvanın parlaq gələcəyi var. Ümumiyyətlə, ölkəni istər Qarabağ klanı, istərsə də ermənilər özləri idarə etsin, Ermənistanın strategiyası kökündən səhvdir. Regionda kiçik Ermənistan güclü ölkələrin qarşısına çıxa bilməz"

"Reallıqda onlara imkan versələr, təbii ki, Azərbaycanla sülhə razı olarlar. Çünki onlar ciddi başa düşürlər ki, Azərbaycan torpaq məsələsində güzəştə getməyəcək. İkincisi isə Azərbaycan siyasətinin əsas istiqaməti işğal olunmuş torpaqlarını azad etməkdir. Reallıq belədir və bunu başa düşməlidirlər. Üçüncü bir amil isə odur ki, Türkiyə bu məsələdə Azərbaycanın yanındadır. Nəhayət, ən əsası Ermənistan Rusiyaya bir müttəfiq kimi lazım deyil"-,deyə T.Zülfüqarov bildirib


bottom of page