top of page

Deputat Adil Əliyev vəzifə məsələsinə sərt reaksiya verdi


Sosial şəbəkələrdə mənim idman naziri olacağım haqqında aparılan kampaniyani qəbul etmirəm.

Azadpress.az xəbər verir ki, millət vəkili Adil Əliyev Feysbuk səhifəsində belə yazıb. Deputat Gənclər və İdman naziri təyin ediləcəyi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu deyib.

“Sizdən artıq dərəcədə xahiş edirəm, statusu siləsiniz. Bu, ölkə rəhbərinin kadr siyasətinə ziddir. Azad müəllim yaxın dostumdur, həm də yaxşı insandır. Federasiya olaraq nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam.Bu gün kimisə Feysbuk üzərindən hansısa vəzifəyə təyin etmirlər. Ölkə rəhbəri, cənab Prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm”.

Bu gün Facebook səhifələrində Adil Əliyevin Gənclər və İdman naziri təyin ediləcəyi haqqında gerçək olmayan məlumatlar yayılmışdı.Azadpress.az


bottom of page