top of page

Rusiya və ABŞ Azərbaycana etibar edir-Eldar Namazov


Azadpress.az xəbər verir ki,Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov belə deyib.

Eldar Namazov qeyd edib ki,Azərbaycan siyasi gedişlərində geopolitik əhatəsini nəzərə almalıdır.

"Tanrı bizə bu qonşuları verib.Təbii ki, bütün bu geopolitik əhatəni nəzərə alıb Azərbaycan ehtiyatlı və balanslaşdırılmış siyasət yürütməlidir. Bu siyasəti də Azərbaycan uzun illərdir ki, yürüdür. Güman edirəm ki, bu, kifayət qədər əsaslandırılmış bir siyasətidir. Bircə məqamı qeyd edim ki, Rusiya və ABŞ qarşıdurmada ola-ola hərbi rəhbərlərin neytral bir məkanda görüşünü keçirmək istədikdə, Bakını seçirlər. Deməli, hər iki tərəf Azərbaycana etibar edir. Ona görə də biz bu mövqeyimizi davam etdirməliyik"-,deyə,politoloq vurğulayıb.Azadpress.az


bottom of page