top of page

Röyanın keçmiş əri onu yalan danışmaqda suçladı


Anar Cəlilov keçmiş həyat yoldaşı Röya Ayxanın fikirlərinə münasibət bildirib.

Azadpress.az xəbər verir ki, Anar Cəlilov açıqlamasında deyib ki, R. Ayxanla boşanandan sonra nəinki münasibət qurmaq, heç telefonla da əlaqə saxlamayıb: “Yalnız oğluma görə, görüş olub. Amma şəxsi münasibətimiz yoxdur. Özü ilə görüşməmişəm, hətta boşanandan sonra telefonla da danışmamışam. Buna görə onun fikirləri həqiqətdən uzaqdır”.

Xatırladaq ki, R. Ayxan keçmiş əri Anar Cəlilovla yalnız kağız üzərində ayrıldıqlarını, münasibətlərinin davam etdiyini bildirib.Sonxeber.az


bottom of page