top of page

Suriyalılar Azərbaycana qanusuz olaraq İrandan keçirlər


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-nin yaydığı məlumta görə, 7 mart tarixində Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarətsiz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaq-doldurma məntəqəsinin yaxınlığında saxlanılıb. Onun 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriyavətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Belarusun xəritələri, 1 ədəd dini ki­tab, 578 ABŞ dolları, 1300 avro, 170000 İİR rialı aşkar olunub.Azadpress.az


bottom of page