Azərbaycanın Əməkdar artisti Lalə Məmmədova solo konsert proqramı ilə çıxış edəcək.
Azadpress.az xəbər verir ki,müğənni “Nəğməkar qız” adlı konsert verəcək. Konsert fevralın 23-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq.
Konsertdə ifaçını əməkdar artist Tariyel Abbasovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edəcək. Gecədə ötən illərin populyar mahnıları və ifaçının repertuarından sevilən mahnılar ifa olunacaq.Azadpress.az