İranda "quş qripi" təhlükəsi getdikcə böyüyür.
Azadpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 25 milyon toyuq bu səbəbdən məhv edilib.
Bu barədə ILNA xəbər agentliyinə Tehran Toyuq və Yumurta İstehsalçıları Birliyinin rəhbəri Nasir Nəbipur açıqlama verib: "Təxminən 25 milyon toyuq xalqın sağlamlığının qorunması məqsədi ilə məhv edilib".
Nasir Nəbipur bu vəziyyətin yumurta istehsalını azaltıdığın və nəticədə qiymətlərin bahalaşdığını bildirib.Azadpress.az