top of page

Azərbaycanda toxum istehsalına külli miqdarda vəsait ayrılıb


Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Azadpress.az APA-ya istinadən xəbər verir ki, nazir tərəvəzçilik institutunun tərkibində böyük toxumçuluq sahəsi yaradılacağını açıqlayıb. O,deyib ki,bu sahə 9 bitki növü üzrə 6-7 ay sonra öz istehsalına başlayacaq. "Demək olar ki, artıq 9 tərəvəz bitkisi üzrə toxumu öz ölkəmizdə istehsal edəcəyik. Bildiyiniz kimi, Qubada meyvə institutumuz var. Bundan 1-2 ay sonra isə Qubada tingçilik təsərrüfatlarının yaradılmasına başlanacaq. Ötən il toxumun alınması üçün laboratoriya avadanlıqlarına 700 min dollardan artıq vəsait ayrılıb. Növbəti ildən bu institut əksər meyvə tingləri üzrə öz istehsalını təşkil edəcək. Bu ilin sonuna, gələn ilin əvvəlinə bu sahədə ciddi dönüş gərəcəksiniz", - deyə H.Əsədov bildirib.Azadpress.az

bottom of page