top of page

"3 ulduzlu otellərin tikintisinə imkan yaratmaq lazımdır"-Əbülfəs Qarayev


Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir.

Azadpress.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

O qeyd edib ki, yeni turizm zonaları Xızı-Nabran zonasında, Quba və Qusarda yerləşir.

Ə.Qarayev deyib ki, turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək: "Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır".

Nazir bildirib ki, son zamanlar regionlarda 3 ulduzlu hotellərin tikintisinə daha çox önəm verirlər.Azadpress.az


bottom of page