Tərtər rayonunun xurma bağlarında məhsul yığımı başa çatıb.
Azadpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayonda 410,4 hektar xurma bağı var. Bu bağların 288,4 hektarı bar verəndir. Bu il rayonda xurma bağlarından 3852,1 ton məhsul toplanılıb. Bu da ötən ilki göstəricidən 615,5 ton çoxdur.
Tərtərli fermerlər xurma bağlarını ilbəil genişləndirirlər. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, cari ildə rayonda 10,3 hektar sahədə yeni xurma bağları salınıb. Kəndli fermerlər əsasən xurmanın “şişburun” və “karalyok” növlərinin əkilməsinə üstünlük verirlər. Həm ölkə bazarlarında, həm də şimal qonşumuz olan Rusiya bazarlarında hər iki növdən olan xurmaya olan tələbat böyükdür. Odur ki, yığılan xurmanın çox hissəsi Rusiya bazarlarına aparılır.Azadpress.az