top of page

Azərbaycanın 14 müəssisəsi Rusiyaya bu məhsulları ixrac edəcək


Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının 60 faiz artıb.

Azadpress.az xəbər verir ki,bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.Rusiyalı nazir deyib ki,hələ sovetlər vaxtından Rusiya istehlakçılarının Azərbaycandan keyfiyyətli kənd təsərrüfatı məhsulları aldığını deyən Maksim Oreşkin, bu artımın rusiyalılar tərəfindən yaxşı xəbər kimi qəbul edildiyini vurğulayıb. O, Rusiya tərəfinin Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsal edən daha 14 müəssisəsinin Rusiya bazarlarına çıxması barədə qərar qəbul etdiyini bildirib.Azadpress.az

bottom of page