"Microsof" şirkəti Azərbaycan vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması və tətbiqində iştirak edib.
Bu barədə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azadpress.az-a bildiriblər.Məlumata görə,Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2019-cu ildən başlanılacaq.Daha öncə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesinin 2018-ci ilin yanvar ayından başlanacağı gözlənilirdi.
Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzaların inteqrasiyası nəzrdə tutulub.Azadpress.az