top of page

Dənizkənarı Bulvarda vətəndaşlardan qanunsuz pul alırlar(VİDEO)


Bakı Bulvarının "Yarat" Müasir İncəsənət Mərkəzi,Daş Salnamələr Muzeyi, Elektra Hall və Maya Mexikano Restoran ərazisinə gedən yola Dənizkənarı Bulvar İdarəsi tərəfindən şlaqbaum qoyulub. Azadpress.az xəbər verir ki, həmin əraziyə avtomobillə daxil olarkən vətəndaşlardan 1 manat pul alınır.Pul verməyənlər əraziyə buraxılmır.Problem ondadır ki, əraziyə daxil olduqdan sonra da duracaqda saxlanılan maşına görə "parkovşiklər" əlavə pul tələb edirlər.

Azadpress.az müxbirinin 8 dekabr tarixindəki araşdırmasına görə, bu pullar qeyri-qanuni yığılır və pul əvəzində çek verilmir.Bu pulun nə üçün alındığını soruşduqda isə ərazidə pul yığan şəxslər bunun Dənizkənarı Bulvar İdarəsinin göstərişi olduğunu deyirlər. Maraqlıdır, bu ərazidəki muzeyə və istirahət obyektlərinə gələn şəxslər niyə həm şlaqbaumda, həm də dayanacaqda pul ödəmələdirlər? Ümumiyyətlə hansı qərara əsasən yolu şlaqbauma kəsib vətəndaşlardan pul yığılır? Belə çıxır ki,bu qədər külli miqdarda vəsait yığılır, vergisi isə dövlətə ödənmir. Azadpress.az


bottom of page